İstanbulun Kağıthane rayonunda əslən fələstinli biznesmen güllələnib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Bakı vaxtilə saat 23.30 radələrində Kağıthanenin Hamidiye Mahallesi Dilaver küçəsində baş verib.

Məlumata görə, naməlum şəxs fələstinli iş adamı A.K və dostu F.M. və mühafizəçisi E.K-nin hərəkətdə olduğu 34 FDN 313 nömrə nişanlı avtomobilə susdurucu qoşulmuş silahla atəşə tutub: "Nəticədə sükan arxasında oturan fələstinli 30 yaşlı iş adamı A.K. hadisə yerində həyatını itirib, onun dostu olduğu bildirilən Fələstin əsilli F.M. və cangüdən A.K. isə ağır yaralanıblar".

Xəbərdə deyilir ki, silahlı hücumu həyata keçirən şübhəli hücumdan sonra hadisə yerindən qaçıb: "Yaralılar xəstəxanaya yerləşdirilib. Fələstin əsilli F.M.-nin vəziyyətinin çox ağırdır, A.K.-nın mühafizəçisi E.K.-nın isə ayağından yaralandığı və vəziyyətinin çox ağöır olmadığı deyilir. Hadisəni törədənin axtarışı davam edir".

Firudin Səfərli

MİA.AZ