"Fənərbağça" ilə artıqü maliyyə xərcindən qurtulmaq üçün müqaviləsini ləğv etmək istədiyi Joao Pedro İtaliya klubunun "radar"ına düşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İtaliya B Seriyasının komandalarından "Salernitana" onu heyətinə qatmaq üçün İstanbul klubu ilə danışıqlarla başlayıb.

İtaliyanın "Gianluca Di Marzio" media orqanının verdiyi xəbərə görə, 2022-23 mövsümünün əvvəlində "Kalyari"dən "Fənərbağça"ya 4,68 milyon avroya transfer olunan Joao Pedro İtaliya ilə keçmiş komandası "Palermo"u da maraqlanır: "Ancaq "Salernitana"nın təklifi daha cəlbedici sayılır...".

Xatırladaq ki, son aylar əsəb sarsıntısı keçirən Joao Pedronun dağ evinə çəkildiyi və çox adamla əlaqədən qaçdığı iddiası var.

Onu da qeyd edək ki, ötən mövsümü icarə əsasında “Qremio”da keçirən Joao Pedro Braziliya komandası ilə 45 oyun keçirib. O, bu oyunlarda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Fərid Aslan

MİA.AZ