"Su təsərrüfatı sahəsində fəaliyyətimə son verdim, Dövlət Su Ehtiyatları Agentliyi ilə yollarımız ayrıldı. Ötən 13 il yarımda çətin, çətin olduğu qədər də şərəfli və savab sayılan bir işlə məşğul oldum".
Mia.az xəbər verir ki, bu sözləri Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Anar Cəbrayıllı qısamüddətli istirahətdən sonra yeni işə başalayacağlnın anonsunu da verib.
Xatırladaq ki, A.Cəbrayıllının bu vəzifəyə təyinatı təxminən bir ay əvvəl olub.
Samir
MİA.AZ