FIFA referisi Elçin Məsiyev təyinat alıb.
Mia.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, referi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Partizan” (Serbiya) - “Gent” (Belçika) qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Kamal Umudlu VAR, Rəşad Əhmədov isə AVAR hakimi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, görüş avqustun 22-də Belqrad şəhərində yerləşən “Partizan” stadionunda keçiriləcək.