Məşhur müğənni Hadisə ilə adı eşq dedi-qodularına qarışan "Qalatasaray"ın baş məşqçisi Okan Burukun onunla evliliyə hazırlaşması barədə xəbərlər tirajlanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ötən gün axşam restoranlardan birinin girişində jurnalistlər ona sual ünvanlayıb.

Türkiyə mətbuatı yazır ki, həddən artıq xoş əhval-ruhiyyədə görünən Okan Buruk sualı cavabsız buraxıb.

Xatırladaq ki, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk 2007-ci ildə evləndiyi modelyer həyat yoldaşı Nihan Akkuşla ötən il qarşılıqlı anlaşma ilə boşanıb. Onların bir oğlu var.

Fərid

MİA.AZ