Qəbələdə yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində 55 nəfər zəhərlənib, Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
***
Qəbələdə kütləvi zəhərlənmə olub.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məluumat yayıb.
Məlumatda hadisənin məkanı və zərhərlənənlərin sayı haqda informasiya verilməyib.
Ancaq bildirilib ki, bBaş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Qeyri-rəsmi məlumata görə hadisə toyda olub.