"Trabzonspor"un baş məşqçisi Abdullah Avcı UEFA Avropa Liqasında 2:0 hesabı ilə məğlub olduqları "Rapid Wien" matçından sonra açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məğlubiyyətlə Avropa Liqası ilə vidalaşan "Trabzonspor"un baş məşqçisi mətbuat konfransında "od püskürüb".
O, telefon nömrəsinin sosial mediada qəsdən yayanların olduğunu və azarkeşlərin ona təhqiramiz mesajlar yazdığını bildirib: "Bu, düzgün deyil. Yenə deyirəm, bu qəsdən təşkil edilmiş böyük pislikdir. Ayındır, ailəm, uşaqlarım var. Xahiş edirəm, telefonumu və ətrafımı narahat etməyin. Bu, əsl "Trabzonspor"luya yaraşmaz".
Nəticəyə görə üzr istəyən təcrübəli məışqçi istefa verməyəcəyini də sözlərinə əlavə edib: "Bu kreslolarda otursanız, hər zaman belə istafa sualları ilə qarşılaşacaqsınız. Hər kəs təbii ki, məqsədinə tez çata bilmir. "Trabzonspor" inadkardır, təslim olmaz. Yıxılmış kimi göstərirlər, ancaq elə deyil. Bunu hamı tezliklə görəcək”.
Fərid
MİA.AZ