Trendyol 1-ci Liqasının 2-ci həftəsində keçiriləcək "Esenler Erokspor" - "Yeni Malatyaspor" matçı tarixə təxirə salınıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) qərar verib.
Qərarda deyilir ki, 17.08.2024-cü il, saat 19.15-də oynanılması planlaşdırılan “Esenler Erokspor” – “Yeni Malatyaspor” matçı Türkiyə Futbol Federasiyasının qərarı ilə daha qeyri-müəyyən müddətə tarixə təxirə salınıb.
Bundan başqa, TFF Peşəkar Futbol İntizam Şurası turun ilk oyununda "Pendikspor"a qarşı meydana çıxmayan "Yeni Malatyaspor" 3:0-lıq texniki məğlubiyyətlə yanaşı, 3 xal silinmə cəzası kəsib.
Fərid
MİA.AZ