Oğuz-Qəbələ su xəttində aparılan təmir-bərpa işləri səhət saat 6-da tamamlanıb.

Mia.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb.

Qeyd edək ki, təmir işləri ilə əlaqədar Bakı şəhərinin bir neçə ərazisində su verilişində bir neçə gündür məhdudiyyət yaranıb.