Türkiyədə həbsxanada icazə ilə çıxan şəxs Yunanıstana üzərək qaçmağa çalışarkən dənizdə tutulub.

Mia.az-ın Türkiyə mətbuatına istinadla məlumatına görə, bu barədə Antalya Sahil Mühafizəsi Komandanlığı açıqlama verib.

Bildirilib ki, həbsxanadan məzuniyyətə çıxan və təslim olmayan fərari M.H.K-nı Kaş rayonundakı Başak adasındaN Yunanıstana məxsus Kızılhisar adasına üzərək keçmək istəyərkən yaxalanıb: "O, saxlanılaraq prokurorluğa təhvil verilib..."

Lamiyə Əhmədli

MİA.AZ