Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) rəis müavini, daxili xidmət polkovniki Siyavuş Qasımov tutduğu vəzifədən azad edilib.

Mia.az xəbər verir ki, bu barədə məlumatı Azinforum.az-a FHN-ə yaxın mənbələr verib. Bildirilir ki, Siyavuş Qasımov başqa işlə təmin olunub.

Bundan sonra o, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYMX) rəis müavini vəzifəsini icra edəcək. Siyavuş Qasımovla yanaşı, Yanğın Nəzarəti Xidmətinin 10 -dan artıq rəhbər işçisi də tutduğu vəzifələrdən azad edilərək ya sərəncama götürülüb, ya da başqa vəzifəyə keçirilib.