"Məhləmizdir, əmin olun ki, Sumqayıtın əksər həyətləri belədir".
Mia.az xəbər verir ki, bu sözləri jurnalist Natiq Cavadlı sosial media səhifəsində yazıb.
Onun sözlərinə görə, zibil daşıyan maşınlar suyunu axıda-axıda şəhəri gəzir: "Bəli, bununla da ufunət qoxusunu bizlərə iylədirlər. Haqları da var, çünki bir bələdiyyə seçə bilməyən cəmiyyət buna layiqdir. Sumqayıt şəhər İcra Hakimiyyəti bax, ləzzət al!".
***
Sumqayıt Şəhər İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, ərazinin nəzarətə götürülməsi və problemin aradan qaldırılması üçün aidiyyatı qurumlara məlumat verilib: "Onu da qeyd edək ki, yaxın zamanlarda qeyd olunan ərazidəki məişət tullantıları üçün nəzərdə tutulan qabların yenilənməsi nəzərdə tutulub".
Samir Musayev
MİA.AZ