İlk matçda səfərdə "Lillə" 2:1 hesabı ilə uduzan “Fənərbağça” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan da arzulanan nəticəni ala bilməyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu evində “Lill”lə əlavə vaxta gedən matçda 1:1 hesablı heç-heçə edərək, ümumi hesaba görə yarışla vidaalşıb.

Qeyd edək ki, matçın 90-cı dəqiqəsində "Fənərbağşa" hesabı açaraq oyunu əlavə vaxta daşısa da, 109-cu dəqiqəsindən 10 nəfərlə meydanda qalan  “Lill” 118-ci dəqiqədə hesabı penaltidən bərabərləşdirib - 1:1.

Beləliklə, ümumi hesabda 3-2 uduzan "Fənərbağça" bundan sonra Avropa Liqasında yoluna davam edəcək. 

Fərid Aslan

MİA.AZ