Arda Turanın komandası "Fənərbağça"nın oyunçusunu transfer edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yeni mövsüm planlanmasında "Fənərbağça" klubu komandada görmək istəmədiyi Luan Peresi satışa çıxarıb.

Məlumata görə, Arda Turanın baş mışqçisi olduğu "Eyüpspor" Luan Peresin transferi ilə bağlı "Fənərbağça" ilə danışıqlara başlayıb: "Çox böyük ehtimalla yaxın günlərdə transfer yekunlaşacaq".

Xatırladaq ki, 2022-ci ildə "Fənərbağça"ya transfer olunan Peresin İstanbul klubu ilə daha 1 illik müqaviləsi var.

Fərid

MİA.AZ