Böyük Britaniyanın baş naziri Keir Starmer və X sosial media platformasının sahibi İlon Mask arasında "duel"ə Avropa İttifaqı Komissiyası da qoşulub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa İttifaqı Komissiyası platformada nifrət və zorakılıq çağırışlarına qarşı tədbir görülmədiy təqdirdə X sosial mediasını ittifaq ərazisində qapadılacağlnı istisna etməyib.

Avropa Komissiyasının məsul şəxsi Thierri Breton bu barədə platformanın sahibi Maska məktub göndərib.

O, məktubda İngiltərədəki ifrat sağçı zorakılığın təbliğatına yol verən halları aradan qaldırmağı tələb edib: "Unutmayın, zərərli məzmunun yayılmasını dayandırmaq üçün Avropa qanunları və hüquqi öhdəlikləri var. Biz Avropa İttifaqında seçkilərlə bağlı müzakirələr və müsahibələr də daxil olmaqla, böyük siyasi və sosial hadisələrlə bağlı zorakılıq, nifrət və irqçiliyə sövq edə biləcək məzmunun yayılması ilə bağlı potensial riskləri izləyirik. Əgər tərbir görülməzsə, o zaman X-a qarşı əlavə tədbirlər görüləcək".

Xatırladaq ki, Mask İngiltərədəki ifrat sağçı zorakılıqla bağlı İngiltərə Baş naziri Keir Starmeri hədəf alıb. Amerikalı milyarder İngiltərənin immiqrasiya siyasətini tənqid edən paylaşımlar edərək yazıb: “Vətəndaş müharibəsi qaçılmazdır”.

Zülfiyyə

MİA.AZ