Türkiyənin Əskişəhər şəhərinin Təpəbaşı səmtindəki çay bağçasında başında dəbilqə, belində balta, üzündə maska, əynində hərbi jilet, əlində bıçaq olan 18 yaşlı gənc qarşısına çıxanı vurub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, internetdə oynadığı döyüş oyunlarının təsiri altında olan hərəkət edən gənc bıçaqlanma hadisəsini canlı yayımda yayımlayıəb.

Çayxanada oturan 5 nəfəri bıçaqladıqdan sonra polis onu saxlamağa çalışıb: "Həmin an gıənc parka doğru qaçsa da, polis onu həbs edə bilib. Yaralanan 5 vətəndaş şəhərdəki xəstəxanalara sövq edildi. Onlardan 2-nin həyatina ciddi təhlükə var".

Hadisədən sonra ədliyyə naziri Yılmaz Tunç açıqlama verib. Nazir bildirib ki, Əskişəhərdə küçədə təsadüfi insanlara kəsici alətlə hücum edərək 5 nəfəri yaralayan şübhəli A.K. haqqında Əskişəhər Respublika Baş Prokurorluğu cinayət işi açıb: "İstintaq davam etdirilir. Hücumda yaralanan vətəndaşlarımıza şəfa diləyirəm".

Firudin Səfərli

MİA.AZ