UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında sabah Fransanın "Lill" komandasını qəbul edəcək "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo jurnalistlərə açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Lill"i məğlub etmək üçün hər şeyi edəcəklərini deyib.

“Lill”in oyunçusunun "mərhələ adlamaq şansımız 1000 faizdir" sözlərinə toxunan portuqaliyalı baş məşqçinin sözlərinə görə, onun nə dediyinə əhəmiyyət vermir: "Onun nə dediyi məni maraqlandırmır. Tomas Menye təcrübəli oyunçudur, vaxtilə Türkiyədə oynayıb, fikirlərini ifadə etməkdə azaddır. Amma mənim üçün onun nə dediyi önəmli deyil. Rəqiblərin mənə qarşı olması normaldır. Portuqaliyada belə söz var: meyvə verən ağac daşlanır. Futbolda keçmişin və uğurun olanda, belə hallar olur. Eyni şey jurnalistlər üçün də gedir, çünki məni nə qədər çox tənqid etsəniz, o qədər də məşhur olacaqsız".

Hazırda diqqətini transferlərdən çox, mövcud oyunçulara yönəltdiyini vurğulayan Mourinyo bildirib ki, komandanı hələ də yenilənməyə çalışırlar: "Sabahkı oyunda dezavantajımız odur ki, 48 saat əvvəl biz matç oynadıq, amma "Lill" oynamadı, dibncəldi. Sabahkı oyunda isə 7 qol vursaq, 6 qol buraxmaq mənim üçün uyğundur. Biz buraxdığımızdan daha çox qol vurmalıyıq...". 

Fərid ASLAN

MİA.AZ