Gəncədə yas mərasimində kütləvi zəhərlənmə olub.
Məlumata görə, şəhərdə keçirilən yas mərasimlərin birində 105 nəfər zəhərlənib.
Bildirilir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli xəstəxanaya isə 13 nəfər yerləşdirilib.
Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir(Report)
***
Gəncədə yas mərasimində baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı araşdırmalara başlanıb.
Mia.az Qida Təhlükəsizliyi Agentliyinə istinadla bildirir ki, agentliyin əməkdaşlarından ibarət mütəxəssis qrupu əraziyə ezam olunublar. Hazırda müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticələri barədə məlumat veriləcək.
MİA.AZ