Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında medal qazanmaq şansını itirib.
Mia.az-ın məlumatına görə, 74 kq çəki dərəcəsində yer alan idmançının 1/8 finalda uduzduğu rəqibi - Albaniya təmsilçisi Çermen Valiyev finala yüksələ bilməyib.
O, 1/4 finalda özbəkistanlı Razambek Camalova yenildiyi üçün güləşçimizin mükafat əldə etmək şansı qalmayıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.