"Beşiktaş"ın tez-tez zədələr səbəbindən performansı düşən Oksleyd-Çemberleni komandadan göndərmək planı "dalana dirənib".

Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, ingilis futbolçu klubun onu göndərmək istəyinə isti yanaşmır.

Məlumata görə, klubla 2 illik müqaviləsi olan futbolçu rəhbərliyin israrına "Əgər məni buradan göndərmək istəyirsinizsə, o zaman 2 illik müqaviləmdə nəzərdə tutualn 6 milyonu ödəyin, gedim" cavabı verib.

Xəbərə görə, Beşiktaş” rəhbərliyi isə ona İngiltərə Premyer Liqa və ikinci liqasından az məbləğlə təkliflər gəldiyini və onun bunu qəbul etməsi halında, arada yaranan pul fərqini ödəməyə hazır olduğunu deyib: "Lakin futbolçu bu şərtlə getməyə razı olmayıb. Hazırda əlavə maliyyə yükündən qurtulmaq istəyən "Beşktaş" onu yola salmaq üçün var gücü ilə çalışır..."

Fərid

MİA.AZ