Plastik əməliyyat üçün Türkiyəyə gələn ingilis aparıcı və model Keti Prays ölkəsinə qayıdan kimi hava limanında saxlanılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, haqqında açılan borc işi üzrə məhkəmə qərarı ilə tutulub.

Yayılan fotolardan görünnür ki, aparıcının üz nahiyəsindəki sarğılar hələ də dəyişdirilməyib: "Yeni əməliyyatdan çıxan və təkrar müayinə üçün yaxın 10 gündə Türkiyəyə dönməsi vacib olan aparıcı məhkəmə qərarı ilə müvəqqəti saxlanma təcridxanasına aparılıb. O, bu gün hakim qarşısına çıxarılacaq".

Xəbərdə borc qalmaqalının təfərrüatı yazılmayıb. Ancaq qalmaqalın kökünün 2019-cu ilə uzandığı deyilir.

Bildirilib ki məhkəmə bu barədə 31 yaşlı aparıcıya bildiriş göndərsə də, o, məhkəməyə getmək əvəzinə, sevgilisi ilə birgə Türkiyəyə plastik əməliyyata yollanıb.

Samir Musayev

MİA.AZ