Son vaxtlarda paytaxtda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində küçə, yol kənarlarında, həyət və məhəllələrdə yaranmış tozun təmizlənməsi, şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, avqust ayının 10-da paytaxtda novbəti genişmiqyaslı daxili ümumşəhər iməcliyinin keçirilməsi qərara alınıb.
Bu barədə Mia.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməclikdə fəal iştirak etməyə və özlərinə məxsus obyekt və mənzillərin pəncərələrini, obyektlərin vitrinlərini və ətraf ərazilərini təmizləməyə çağırıb: "Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq".