Venesuela prezidenti Nikolas Maduro İlon Maska məxsus X sosial media platformasına 10 gün müddətinə bloklanmasına tapşırıq verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Miraflores Sarayında tərəfdarlarına müraciətində söz açıb.

Nikolas Maduro X-in Venesuelada nifrət və zorakılıq yaydığını bəyan edib: "Artıq Milli Telekommunikasiya Komissiyası (CONATEL) ilə danışdım. Onlara X-in 10 gün müddətinə bloklanması üçün lazımi göstərişlər verdim".

Amerikalı milyarder Maskın ölkədəki seçkiyə və etirazlara yanlış müdaxiləsinə qəzəbini ifadə edən Maduro onu təxribatda günahlandırıb: "İlon Maska məxsus X bütün qanunları pozdu. Bu ölkədə faşizmi, vətəndaş müharibəsini, ölüm və nifrət yaymağı dayandırın. X Venesuelanın bütün qanunlarını pozdu. Venesuelada qanunlar var. Mask, 10 günlüyünə Venesueladan rədd ol!".

Tərəfdarlarından verdiyi qərarla bağlı onun yanında olmalarını istəyən Maduro bildirib ki, "WhatsApp, Instagram və "TikTok"dan başqa yeni sosial media platformalarının bir gün Venesuelada "doğulacağı"na tam inanır.

Xatırladaq ki, Nikolas Maduro bir neçşə gün əvvəl canlı yayımda telefonundan  “WhatsApp” tətbiqini də silib.

Samir Musayev

MİA.AZ