UEFA Konfrans Liqasında bu gün “RAMS Başakşehir” 3-cü təsnifat mərhələsinin ilk oyununda Gürcüstan təmsilçisi “İberia Tbilisi”nin qonağı olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə komandası oyundan minimal hesabla qalib ayrılıb - 0:1.

Oyuna gəldikdə, ilk hissədə hesab açılmayıb - 0:0.

"RAMS Başakşehir" qələbə qolunu 87-ci dəqiqədə vurub.

Bu cütlüyün revamşı avqustun 15-də Bakı vaxtilə saat 21:45-də İstanbulda keçiriləcək.

Əgər Türkiyə klubu gürcü rəqibini mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində "Patricks" (İrlandiya) - "Sabah" FK (Azərbaycan) matçının qalibi ilə qarşılaşacaq.

Fərid Aslan

MİA.AZ