Azərbaycanda bir sıra universitetlərdə qiyabi ixtisaslar ləğv edilib.
Məlumata görə, 15-ə yaxın universitetdə qiyabi ixtisaslara tələbə qəbulu aparılmayacaq.
Belə ki, 2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetində (BDU), Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC), Azərbaycan Dövlət Neft və Sənayes Universitetində (ADNSU), Azərbaycan Texniki Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Milli Aviasiya Akademiyasında, Naxçıvan Dövlət Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində, Azərbaycan Texnologiya Universitetində, Sumqayıt Dövlət Universitetində, Mingəçevir Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində, Azərbaycan Kooperasiya Universitetində əsasən mühəndisliklə bağlı ixtisaslarında (geologiya, qida, sənaye, neft-qaz, elektrik, maşın, metallurgiya və sair) qiyabi təhsilalma forması olmayacaq.
Həmçinin, BDU-da kompüter elmləri ixtisasında da qiyabi formaya qəbul mükün olmayacaq(Modern).