İsrail polisi Qüds və Fələstinin keçmiş müftisi və Əl-Əqsa məscidinin imamı Şeyx İkrime Səbrinin Məscidül-Əqsaya daxil olmasına qadağa qoyub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qadağa müddəti 6 aydır.
Şeyx Səbrinin vəkili Halit Zabarka bildiriib ki, İsrail polisinin Şeyx Səbrinin 6 ay müddətinə Məscidül-Əqsaya girişinə qadağa qoyması tamamilə qanunsuzdur: "Şeyx Sabri qanuna zidd hərəkət etməyib. İsrail polisinin bu qərarı yüksələn ifrat sağçıların tələbi ilə verilib. Belə bir qərarın verilməsinin heç bir hüquqi əsası yoxdur".
Xatırladaq ki, İsrail polisi avqustun 2-də cümə xütbəsində İranda qətlə yetirilən Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyə üçün dua edən Məscidül-Əqsa İmam Hatibi Şeyx Səbrini Şərqi Qüdsdəki evində saxlayıb.
Daxili İşlər Naziri Moşe Arbel bu həbsdən sonra Şeyx Səbrinin Şərqi Qüdsdəki yaşayış icazəsinin ləğv edilərək şəhərdən çıxarılmasının mümkünlüyünü dilə gətirib.
İsrail hakimiyyəti son illərdə Şeyx İkrime Sabrini dəfələrlə saxlayıb, istintaqa cəlb edib. Onun Məscidül-Əqsaya girməsinə mane olmaqla yanaşı, xaricə çıxışına qadağa qoyub.
Firudin Səfərli
MİA.AZ