Superkubok matçında əzəli rəqibi "Qalasaray"a 5:0 hesabı ilə qalib gələn "Beşiktaş" yekun heyətini tamamlamaq üçün sürətlə çalışır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, italyan hücumçu Ciro İmmobilenin gəlişi ilə "Beşiktaş"da tamamilə "gözdən düşən" Vincent Aboubakarın komandadan göndərilməsinə qərar verilib.

Məlumata görə, həm artıq əcnəbi oyunçu kvotasından, həm də əlavə maliyyə xərcdən qurtulmağa çalışan İstanbul klubu kamerunlu futbolçunu göndərmək üçün bir çox klublarla danışıqlar aparıb: ""Beşiktaş" onu bir neçə kluba təklif edib. Lakin heç birindən təklifə ciddi reaksiya gəlməyib. Ancaq klub onu transfer müddəti bitənə qədər göndərməkdə israrlı davranır...".

Xatırladaq ki, ötən mövsüm 19-u ilk 11-də olmaqla ümumilikdə 34 matçda forma geyinən Aboubakar 12 qol vurub, 3 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ