İki gün əvvəl xanlı yayımda “WhatsApp” proqramnı telefonundan silən Venesuela prezidenti Nikolas Maduro xalqa təkrar müraciət edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Paytaxt Karakasda Miraflores Prezident sarayında balıqçılıq və kənd təsərrüfatı sektorunun nümayəndələri ilə görüşdə bu dəfə “WhatsApp”ın "casus” sistemi" olduğunu deyib və bu xəbərləşmə platformasını dərhal tərk etməyə çağırış edib.
Maduro bildirib ki, "WhatsApp" Venesuelada olan istifadəçilərininn siyahısını casusluq fəaliyyətlərinə görə Kolumbiyalı narkotik tacirlər ötürüb: "Bu sosial proqram psixoloji müharibə aparır. Çevrilişin lehinə danışmayan sosial liderləri, əsgərləri, polisləri, sənətçiləri və idmançıları təhdid edirlər".
Venesuelalılara WeChat və Telegram tətbiqlərinə qatılmağa çağıran Maduro iki gün əvvəl məhz bu səbəbdən həmin proqramı telefonundan sildiyini xatırladıb: "Həmin anda insanları könüllü olaraq WhatsApp-dan çıxmağa və başqa şəbəkələrə keçməyə çağırdım. İndi bunu daha qüvvətli şəkildə xahiş edirəm".
Müxalifət koalisiyasının namizədi Edmundo Qonzalesi tənqid edən Maduro iddia edib ki, o, cinayətkar və faşistdir: "Seçki günündən bəri bir qrup gənci ölkəni yandırmaq üçün göndərdi, amma gizləndi. O, keçmiş müxalifət lideri Xuan Quaydodan daha da pisdir".
Prezident Maduro qeyd edib ki, ölkəsində çevrilişə əsla imkan verilməyəcək.
Samir Musayev
MİA.AZ