Rusiyalı şahmatçı Əminə Abakarova rəqibini zəhərləyib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə yayılan xəbəri Rusiya Şahmat Federasiyası təsdiqləyib.

Federasiyadan bildirilib ki, Mahaçqalada keçirilən turnirdə rəqibini zəhərləməyə cəhd edən Abakarovanın müvəqqəti olaraq milli yarışlardan kənarlaşdırılıb: "Hazırda araşdırma gedir. Araşdırma yekunlaşdıqdan sonra qəti qərar veriləcək".

Rusiya mətbuatı yazır ki, turnir başlayandan qısa müddət sonra Abakarovanın rəqibi Umayqanat Osmanovanın vəziyyəti qəfildən pisləşib: "O, təcili  xəstəxanaya yerləşdirilib. Daha sonra kamera görüntülərini araşdırıb və müəyyən oliunub ki, Abakarova rəqibini zəhərləmək üçün oyun taxtasının üzərinə civə töküb. Osmanovanın bunun səbəbini rəqibinin onu və yaxınlarını xoşagəlməz sözlərlə təhqir etmsinə bağlayıb. O, iddia edir ki, bu hərəkəti oyuna görə olmayıb, şəxsidir"

Məlumatda o da deyilir ki, Mahaçqala prokurorluğu yaşanan olayla bağlı cinayət işi açıb.

Fərid

MİA.AZ