Oğru dünyasının daha bir tanınmış siması öldürülüb.

Mia.az "Yenicag.az"-a istinadla xəbər verir ki, mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin Bakıdakı sağ əli olmuş Amin Mərdəkanski (“Lotu Amin”) dəniz kənarındakı obyektində hücuma məruz qalıb.

Odlu silahla başından vurulan “Lotu Amin” hadisə yerində keçinib.

Onun ölümünün oğru aləminin növbəti hesablaşması olduğu bildirilir.

***

Avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabbar oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Abdullazadə Ruhulla Cavanşir oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.