Bu il məktəbli formasını almaq üçün müraicət edənlərin sayı çox azdır.
Mia.az-ın məlumatına görə, bu barədə Trend-in suallarını cavablandırarkən Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov deyib.
O qeyd edib ki, Tikiş Evinin Bakıda 11 satış mərkəzi var və hər biri məktəbli formaları ilə təmin edilib.
"Valideynlər bəzən satış mərkəzindən kənar yerlərdən formalar alırlar. Amma bildirmək istəyirəm ki, bu uşaqların sağlamlığı üçün ziyanlıdır. Onlarda müəyyən allergik problemlər yarada bilər. Ancaq fabrik istehsalı olan məktəbli formaları alsınlar.
Formaların qiymətlərinə gəldikdə isə, 20 faiz ucuzlaşma olub. Məktəbli şalvarı və ətəkləri 20 faiz endirim edilib. Bu ilə qədər şalvar və ətəklər 25 manat idi, bu ildən isə 20 manatdır. Köynəklərdə isə qiymət dəyişməliyib. Çünki onlar 95 faiz pambıqdan istehsal olunur, o səbəbdən qiymətində dəyişiklik yoxdur. Ötən ilki kimi 15 manatdır", - deyə o bildirib.
Məktəbli forrmaları ucuzlaşıb - "Alan yoxdur"
DİGƏR XƏBƏRLƏR
2024-11-27 00:03
2024-11-26 12:49
2024-11-26 12:34
2024-11-26 12:31