Türkiyənin 4 şəhərində Nizamettin Gündüz və Ercan Kartayın liderlik elədiyi vıə bir-biri illə düşmənçilik edən iki ayrı mütəşəkkil cinayətkar qrupa qarşı əməliyyatlar keçirilib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açıqlama yayıb.

Nazir bildirib ki, Kırklareli başda olmaqla İstanbul, Tekirdağ və Diyarbəkirdə keçirilən əməliyyatla mütəşəkkil cinayətkar dəstənin üzvü olan 30 şübhəli saxlanılıb: "Onlar qanunsuz təşkilat yaratmaq, qəsdən adam öldürməyə cəhd, talama, əmlaka ziyan vurma, sələmçilik, fahişə biznesi və sair cinayətlərdə ittiham olunurlar".

Nazir qeyd edib ki, əməliyyat zamanı maddi sübutlar da götürülüb.

Firudin Səfərli

MİA.AZ