UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda səfərdə Fransanın "Lill" komandasına "boyun əyib".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, zəif oyunu ilə yadda qalan İstanbul klubu 12-ci dəqiqədə qapısından qol buraxıb.
Belə ki, Tiaqo Santosun zərbəsi Oostervoldeyə dəyərək qapı torunu silkələyib - 1:0.
80-ci dəqiqədə İrfan Can Kahveçi hesaba tarazlıq gətirib - 1:1.
Lakin 90+2-ci dəqiqədə ev sahibi komanda qələbə qolunu vura bilib - 2:1.
Bu komandalar arasında cavab oyunu 13 avqustda Bakı vaxtilə saat 21.00-da oynanılacaq.
Oyundan sonra açıqkma verən Morinyo deyib ki, komandalar arasında ilk oyun başa çatsa da, ikinci oyun İstanbulda oynanacaq: "Evimzdə ikinci hissəni oynayaraq növbəti mərhələyə gedəcəyik. "Lill"i İstanbulda gözləyəcəyik...".
Fərid Aslan
MİA.AZ