"Beşiktaş" 23 yaşlı müdafiəçini icarəyə verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.
Məlumata əsasən, 23 yaşlı müdafiəçi Emrecan Uzunhanı "Antalyaspor"a icarəyə verilib: "Peşəkar futbolçumuz Emrecan Uzunhan 2024-25 mövsümünün sonuna kimi "Antalyaspor"a icarəyə verilib. Ona yeni klubunda uğurlar arzulayarırq".
Fərid Aslan
MİA.AZ