İsrailin Qəzza zolağına bugünki hücumunda daha bir jurnalist həlak olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə qəzəza hökumətinin mətbuat xidməti məlumatt yayıb.
Bildirilib ki, müxtəlif media orqanları ilə əməkdaşlıq edən Muhammed Abu Saade bu gün yaşanan bombardmanda həyatını itirib.
Məlumatda jurnalistin hansı bölgədə həlak olması qeyd edilməyib.
Xəbərdə Abu Saadenin ölümü ilə 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında öldürülən jurnalistlərin sayının artdığı 166-ya çatdığı vurğulanıb.
Tahir Şəlvəli
MİA.AZ