Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Qarabağ" Bakıda Bolqarıstanın - "Ludoqorets" komandasını qəbul edib.

Mia.az xəbər verir ki, oyunun 56-cı dəqiqəsəsində bolqar komandasının üzvü Almeyda hesabı açıb - 0:1.

"Qarabağ" 9 dəqiqə sonra  Juniniyonun qolu ilə hesaba tarazlıq gətirib.

Lakin qonaq komanda 87-ci dəqiqədə qələbə qolunu vuurb - 1:2.

Bu qoldan 2 dəqiqə sonra isə qonaq komadadan Vidal qırmızı vərəqə ilə meydandan qovulub.

Hakimin təyinetdiyi əlavə 7 dəqiqə oynanasa da,  "Qarabağ" azlıqda qalan komandaya qol vura bilməyib.

Xatırladaq ki, komandalar arasında cavab oyunu avqustun 13-də oynanacaq.

Fərid

MİA.AZ