Türkiyədə daha bir sensasion olay yaşanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Diyarbakırın Kulp rayonunda işləyən İmam H.A.-nın həyat yoldaşı başqa məsciddə işləyən imam tərəfindən qaçırılıb.
Məlumata görə, İmam H.A.O. 4 ildən artıqdır ki, Diyarbakırın Kulp mahalının İslamköy rayonunda məsciddə immalıq edib. Məhəllə camaatının çox sevdiyi və hörmət etdiyi H.A-nın həyat yoldaşı isə evdar qadın olub: "İmam H.A. keçən həftə həyatının şokunu yaşadı. Belə ki, həyat yoldaşı imam olan A.A-ya ilə brilikdə Şanlıurfaya qaçıb.
Maraqlıdır ki, qaçan qadının ailəsi baş verənlərə görə onun ərindən, yəni, imam H.A-dan qatil olmasını tələb ediblər. Onlar "qızımızı da, qaçıranı da güllələməlisən” deyə, həyatının şokunu yaşayan imamı "divara dirəyiblər". Lakin şəhərin dini ağsaqqalları araya girərək, onun qatil olmasını əngəlləyib...".
Türkiyə mətbuatına faktı təsdiqləyən İslamköyün muxtarı Zeynel Şeker deyib ki, bu hadisədən sonra arvadını qaçırılan imamın burada işləməsi mümkün deyil: "İmam H.A-nın məhəlləmizdə işləməyə davam etmə ehtimalı yoxdur. O, yaxşı insandır. Biz onu çox sevirdik. Ancaq imamın həyat yoldaşı məhəlləmizə pis nümunə oldu. İmamımız buna görə çox üzüldü, öz kəndinə getdi, amma indi geri dönüb. Lakin imamın günahı olmasa da. burada işləyə bilməz. Bununla bağlı lazımı yerə müraciət olunub artıq..."
Tahir Şəlvəli
MİA.AZ