“Ölkəmizdə məscidlərə və müsəlman icmalarına qarşı hücumlara dözüm göstərilməyəcək".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İngiltərə Baş naziri Keir Starmer ölkədə ifrat sağçı ekstremistlərin ölkəboyu müsəlamnlara, onlarınicma və məscidlərinə artan hücumları haqda çıxşında deyib.
O, bu səhər Nazirlər Kabinetinin fövqəladə iclasında son bir neçə gün ərzində gördüyü fədakar işlərə görə polisə təşəkkür edib.
Starmer bildirib ki, ölkədə belə xoşagəlməz halların təkrarlanmaması üçün peşəkar dövlət məmurlarından ibarət daimi ordunun yaradılacaq: "Onlar bu cür hadisələrlə mübarizə aparmaq üçün lazım olan yerlərdə kifayət qədər təcrübəli davranaraq olayların böyüməsinin qarşısını alacaqlar.
İkincisi, bu cür olaylara görə tutulanlar haqqqında məhkəmə prosesi sürətləndiriləcək. Artıq yüzlərlə insanın saxlanılıb, bəziləri bu gün səhər saatlarında məhkəməyə gətiriləcək. Həmçinin, internet məkanlarındakı təxribat xarakterli paylaşımlara qarşı operativ tədbirlər görüləcək.
Xatirladaq ki, iyulun 29-da İngiltərənin Southport şəhərində 17 yaşlı müsəlman terrorçu bıçaqla məktəbə hücum edib. O, 3 uşağı öldürüb, 8-i uşaq olmaqla 10 nəfər isə yaralayıb.
Bundan sonra sosial mediada yayılan spekulyativ xəbərlər nəticəsində Southportda ifrat sağçı ekstremistlər şəhərdəki İslam İcması Məscidinə daşla hücum ediblər. İfrat sağçılar burada polislə toqquşub, çoxlu polis əməkdaşını yaralayıb və mikroavtobusu yandırıblar.
Sautportda baş verən hadisələr nəticəsində 53 polis əməkdaşı və 3 polis iti yaralanıb, 5 nəfər saxlanılıb.
Avqustun 2-də müsəlmanlara qarşı Sanderlendə də hücumlar təkrarlanıb. Şəhərdəki “Məscid-i Ənvar-e Mədinə” məscidinin qarşısında toplaşan ifrat sağçı kütlə polislə toqquşub. Camaat şəhərdəki polis idarəsini və bəzi dövlət qurumlarını da yandırmaq istəyib. Hadisələr nəticəsində 3 polis əməkdaşının yaralanıb, 10 millətçi ingilis tiutulub. Ardınca isə Hartlepul, Liverpul, Qlazqo və Doverdə də məscidlərin qarşısına iğtişaşlar baş verib.
Avqustun 3-də isə radikal qüvvələr Britaniyanın təxminən 20 şəhərində, o cümlədən Bristol, Hull, Blackpool, Stoke-on-Trent və Blackburn şəhərində və Şimali İrlandiyanın paytaxtı Belfastda 4 fərqli yerdə məscidlərə, mühacirlərin iş yerlərinə, polis maşınlarına hücumlar təşkil ediblər.
Avqustun 4-də Ueymut, Midlsbro və Roterhem şəhərlərində hadisələr təkrarlanıb...
Samir Musayev
MİA.AZ