Bu gün İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılıb. 

Mia.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçiləri “Sabah” və “Zirə”nin mümkün rəqibləri müəyyənləşib.

Beləliklə:

“Sabah” – “Sent Patriks” (İrlandiya) cütündə yoluna davam edəcək komanda növbəti raundda “İberia” (Gürcüstan) – “Başakşehir” (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.

“Zirə” – “Osiyek” (Xorvatiya) duelindən üstün ayrılacaq komandanın pley-off mərhələsindəki rəqibi isə “Omonoiya” (Kipr) – “Fehervar” (Macarıstan) cütünün qalibi olacaq.

“Sabah” pley-offa vəsiqə qazansa, ilk oyununu evdə, “Zirə” isə mübarizəni davam etdirsə, birinci matçını səfərdə keçirəcək.

Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da baş tutacaq.