Avqustun 6-da gündüz və 7-si gündüzdən 8-i axşamadək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Mia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qısamüddətli (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.