"Bu gün saat 13.00-da 9Bakı vaxtilə 14.00-da) Nəqliyyat və İnfrastruktur Nazirliyinin rəsmiləri ilə "Instagram" nümayəndələri arasında görüş keçiriləcək".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bir neçə gün əvvəl ölkədə bloklanan "İnstagram"la bağlı açıqlamasında deyib.
Nazir bildirib ki, sosial media platformasının rəhbərliyində onların tələbini yerinə yetirəcəklərini gözləyirlər: "Keçən həftə kataloq cinayətləri çərçivəsində həyata keçirilən siyasətlərə görə girişini blokladığımız "İnstagram" sosial media platformasının rəsmiləri ilə görüş keçirildi. Görüş zamanı Türkiyə Cümhuriyyətinin qanunlarına uyğunluqla bağlı fəaliyyət göstərmələrinin vacibliyi diqqətə çatdırılıb. Bu gün günortadan sonra onlarla görüşəcəyik, ümid edirik ki, bizim tələblərimizi yerinə yetirəcəklər".
Lamiyə Əhmədli
MİA.AZ