"Hava limanına düşən kimi, Olimpiya qaliblərinin əlinə reklam lövhəsi verib onların populyarlığından vəhşicəsinə bəhrələnmək cəhdi yumşaq desək, biznes etikası ilə bir araya sığmır".

Mia.az xəbər verir ki, bunu jurnalist Elçin Rüstəmli Feysbuk-dakı səhifəsində yazıb.

Onun sözlərinə görə, bu, ictimaiyyətə, idmançılara qarşı hörmətsizlik və onların ictimai nüfuzuna zərbədir.

Xatırladaq ki, belə oxşar tənqidi paylaşımlar çoxdur. Hər kəs AZAL-ın bu fürsətçil, ucuz reklamını qınayıb.

Məsələn, jurnalist Həbibə Abdulla isə belə yazıb: "Hər uğurun ortasına zibil qoymağa bir qurum tapılır da mütləq! Hansı yarıtmazın ideyasıdır görəsən?!"

Samir MUSAYEV

MİA.AZ