Türkiyədən Yunanıstana gizli yollarla qaçmaq istəyən FETÖ şübhəlisi 3 nəfər sərhəddə saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Yunanıstanla sərhəddə yerləşən Ədirnədə valilyi məlumat yayıb.
Bildirilib ki, şəhər Jandarma Komandanlığının keçirdiyi əməliyyatla ölkədən gizli yollarla Yunanıstana getməyə çalışan FETÖ şübhəliləri Z.Ö, B.A. və M.D. sərhəddə qandallanıblar: "Onlar ifadəsi alındıqdan sonra məhkəməyə sövq edilib. Məhkəmə onların hər biri haqda həbs qətiimkan tədbiri seçib".
Tahir Şəlvəli
MİA.AZ