YAP-ın 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədi bu dəfə də Məhəməliyev Nəsib Məhəmməd oğludur. O, V və VI çağırış Milli Məclisin üzvü olub. Eyni zamanda, parlament fəaliyyətinə qədər Bakının Nəsimi rayon icra başçısı vəzifəsini tutub.

Mia.az Tribunainfo.az-a istinadla xəbər verir ki,  İH rəhbəri olduğu dövrdə adı hər zaman yaşıllıqların kəsilməsinə şərait yaratmaqda, obyekt tikintisinə sərəncam verməkdə, büdcə vəsaitlərinin mənimsənilməsində hallanıb. N.Məhəməliyev parlament üzvü olduğu dövrdə isə o qədər də aktiv fəaliyyəti ilə fərqlənməyib.

Balakən seçiciləri də deputatın işindən razı olmadıqlarını sosial şəbəkə hesablarında qeyd edirlər. Onların sözlərinə görə, Məhəməliyev deputat kimi seçiciləri ilə demək olar ki, maraqlanan biri olmayıb. İndisə hakim partiya yenidən onu namizəd irəli sürüb və Balakən seçiciləri deyirlər ki, rayonun əhali ilə işləyən bir millət vəkilinə ehtiyacı var. Sosial şəbəkə istifadəçiləri deputatın mediada yayılmış sərvətini və Balakəndəki biznesinin siyahısını tez-tez paylaşaraq bildirirlər ki, bu illər ərzində Məhəməliyev yalnız özünə işləyib.

Həmin siyahını təqdim edirik:

1 Şəhərin mərkəzində MMOİL yanacaqdoldurma məntəqəsi.

2. Qabaqçöl qəsəbəsində MMOİL yanacaqdoldurma məntəqəsi.

3. Poçtbinə kəndindəki yanacaqdoldurma məntəqəsi.

4. Hənifə kəndindəki kərpic zavodu.

5. Balakən mərkəzi bazarı.

6. İcra hakimiyyətinin yanında kafe.

7. Qabaqçöldə 100 hektar torpaq sahəsi və içərisindəki qoyun sürüsü.

8. Tülü kəndindəki keçmiş saray yeri.

9. Balakən rayonunun mərkəzindəki rayonun anbarları.

10. Balakən rayonundakı keçmiş çörək zavodu.

11. Balakən rayonunun girəcəyində, dağın ətəyindəki villa.

12. Balakən rayonundakı dəyirman.

13. Balakən rayonundakı keçmiş univermağın ərazisi.

14. İtitala kəndindəki qum karxanası.

15. Keçmiş tara bazası.

16. Bazarın qarşısında 21 mağaza.

17. Qobustanda daş karyeri və yataqla birlikdə qoyun sürüsü.

Habelə, onun Bakının Nəsimi rayonunda başçı olduğu dövrdə əldə etdiyi obyektlər də var:

1. 20 Yanvar küçəsi ilə Asif Məhərrəmov küçələrinin kəsişməsində yerləşən “Əlibaba” dönərxanası və ona bitişik aptek.

2. Asif Məhərrəmov küçəsində 46 saylı yaşayış evi ilə üzbəüz alkaponlu möhtəşəm ofis binası.

3. Asif Məhərrəmov küçəsi 22a ünvanda yerləşən “Unibank”ın binası.

4. Məmmədcəfər Cəfərov küçəsi 16 ilə üzbəüz “Moskva” univermağının yaxınlığında 6 mərtəbəli “Modera” mebel salonunun binası.

5. Mir Cəlal küçəsində “Leyla” şadlıq evi ilə üzbəüz hasara alınmış böyük sahə.

6. Mir Cəlal küçəsi 36-da 6 mərtəbəli alkoponlu ofis binası.

7. Mir Cəlal küçəsi 63-də “Assorti” restoranı.

8. Akademik Zərifə Əliyeva adına göz klinikası ilə üzbəüz, Mirmahmud Kazımovski küçəsi 31-in yaxınlığında 6 mərtəbəli binanın altındakı aptek və onun arxasında yerləşən restoran.

9. 20 yanvar küçəsi bina 22-nin yaxınlığında “Deka bank” və yaxınlıqında tikilən bina.

10. 20 yanvar küçəsində “Qızıl Tac” şadlıq evi ilə üzbəüz silsilə şadlıq evləri və digər binalar.

11. “Qızıl Tac” şadlıq evinin arxasındakı stadion.

12. “Əcəmi” metrosunun yaxinlığında “Bakcell” ve onun yanında “Azercell” dükanları.

13. “Moskva ” univermağı ilə üzbəüz çayxanalar və bağın içində təmir edilən 3 mərtəbəli bina.

14. Cavadxan küçəsi 26-da “Ideal” ayaqqabı mağazası və həmin küçədə yerləşən aptek

15. “Ərzurum” şadlıq evinin yanındakı yeni möhtəşəm bina

16. Hərbi Hospitalla üzbəüz Azər Əliyev küçəsi 40-cı bina ilə üzbəüz 3 dəbdəbəli villa.

17. Tibb Universiteti ilə üzbəüz Səməd Vurğun küçəsi 116-da yerləşən restoran.

18. 4-cü mikrorayon, Mircəlal Paşayev küçəsində 5 mərtəbəli binaların həyətində Heydər Əliyev Fondu adından uşaq bağçası kompleksi inşa etdirib. Amma təhvil vermir və həyat yoldaşının adına özəlləşdirib, qapısına qıfıl vurduraraq, ağzı bağlı saxlatdırır.

Mənbə:Tribunainfo.az