Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.
Məlumata görə, 20 yaşlı idmançı təsnifat mərhələsində ikinci cəhdində 53.750 xala layiq görülüb.
O, yekunda 16 iştirakçı arasında 10-cu olub. Mahsudova "8-liy"ə düşə bilmədiyi üçün mübarizəni dayandırıb.