Hollandiya millisinin futbolçusu Uesli Sneynder DÇ-2014-də Argentina ilə matç öncəsi komanda yoldaşı Aryen Robben haqda müsbət fikirlər səsləndirib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Robbeni Hollandiya yığmasının Messisi adlandırıb:
"Robben komandaya çox kömək edir. Oyunlarda rəqibin 2-3 futbolçusu onu zərərsizləşdirməyə çalışır. Bu zaman isə bizim istədiyimiz kimi oynağımız üçün imkan yaranır. Argentina üçün Messi necə önəmlidirsə, bizim üçün də Robben elədir".