Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər parkı acgözlüyün qurbanına çevrilib.
Bu barədə Mia.az-a şəhər sakinləri məlumat verib.
Bildirilib ki, Abdin Fərzəliyev rayona icra başçısı təyin olunandan sonra şəhər tikinti meydançasına çevrilib: "Artıq 5 addmılıq boş ərazi belə qoymurlar. Gözlə görünın nı vaxrsa, gələcək planlanma nzərə alınmadan dərhal "peşkəş" olunur. Gəlin Xırdalanda yerləşən nəhəng Heydər parkının indiki vəziyyətinə baxın. Artıq Heydər Əliyevin heykəlinin ətrafındakı kişik ərazidən başqa hər yeri kafe-restoranlara veriblər. Parkda gəzməyə, dincəlməyə artıq yer qalmayıb. Sizə tədim elədiyimiz video və fotolara baxın, burada keçmiş icra başçısının dövründə idman alətləri quraşdırılıb, gənclər gəlib idman edirlər. İndikilər isə bu ərazi ilə bağlı da kimləsə anlaşıblar. Adam da dərhal gəlib bura taxta töküb, işə başlayıb. Çoxsaylı şikayətlərdən sonra bir neçə gün əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri gəlib dövrələmə çəkilən lenti kəsdi, taxtaları bir güncə yığdırdılar. Yəni, müvəqqəti olsa da, proses dayandırıldı. Lakin kimsə təminat verə bilməz ki, bu, davam etməyəcək".
Sakinlər COP29 ərəfəsində parkların belə istismarının qarşısının alınması üçün ölkə rəhərliyinə üz tutub: "Xahiş edirik, parkın əvvəlki və indiki vəziyyətini yoxlatdırın, görün qısa zamanda burada nələr qanunsuzluqlara yol verilib..."
Samir Musayev
MİA.AZ