Ukraynadakı Azərbaycan diasporunun rəhbərlərindən biri olan və kriminal dairələrdə “Oleq Bakinski” kimi tanınan Oleq Krapivin Bakı şəhərində Mütəşəkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
Mia.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, ”Oleq Bakinski” barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib: "Polis əməkdaşları tərəfindən cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcəkdir”.