"Bölgəmizi qan gölünə  çevirmək istəyənlərə fürsət verməyəcəyik, öz vətəndaşlarımızla olduğu kimi, dostlarımız üçün də güvən mənbəyi olmağa davam edəcəyik"

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Yüksək Hərbi Şura üzvləri ilə iclasda deyib.

Vitse-prezident Cevdet Yılmaz, ədliyyə naziri Yılmaz Tunç, xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, Daxili işlər naziri Ali Yerlikaya, Milli Təhsil naziri Yusuf Tekin, Milli Müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Quru Qoşunları Komandanı General Səlcuq Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı Admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Ziya Cemal və digər rəsmilərin iştirak etdiyi toplantıda çıxış edən Ərdoğan bildirib ki, Türkiyə milli maraqlarını sona qədər qorumaq əzmindədir: "Ali Hərbi Şura üzvləri olaraq bu gün bir daha qarşınızdayıq. Qəhrəman şəhidlərimizi rəhmətlə yad edir və şuramızın 2024-cü il toplantısının ölkəmiz, millətimiz və Türkiyə Silahlı Qüvvələrimiz üçün xeyirli olmasını ümid edirik. Dünyada qeyri-müəyyənliklərin artdığı, coğrafiyamızda qaynar qarşıdurmaların, siyasi sui-qəsdlərin baş verdiyi kritik bir dövrdə Türkiyə öz bölgəsində sabitlik və sülh abidəsi kimi önə çıxır. Son zamanlar yenidən dirçələn ekspansionist ambisiyalara qarşı bütün lazımi tədbirləri görərək vətənimizi, millətimizi, dövlətimizi və milli maraqlarımızı sona qədər qorumaq əzmindəyik. Bölgəmizi qan gölünə çevirmək istəyənlərə imkan verməyəcəyik, öz vətəndaşlarımızla yanaşı dostlarımız üçün də güvən mənbəyi olmağa davam edəcəyik."

Tahir Şəlvəli 

MİA.AZ