31 ildən sonra şəxsiyyəti müəyyənləşdirilən Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini şəhid hərbçi Məmmədov Surxay Rza oğlunun nəşi Gəncə Şəhidlər xiyabanında dəfn edilib.

Məlumata görə, dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Daşkəsən rayon ictimaiyyəti adından şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verib, səbir diləyib və Surxay Məmmədovun şərəfli həyatından, döyüş yolundan söz açıb.

Qeyd edilib ki, Daşkəsən rayonunda yaşayan şəhid ailələrinə və qazilərə göstərilən həssas münasibət və qayğı bundan sonra da daimi olaraq davam etdiriləcək.

Şəhidin tabutuna bürünmüş üçrəngli Azərbaycan Bayrağını rayonun icra başçısı şəhidin qardaşı Vüqar Məmmədova təqdim edib(Report).

Allah rəhmət eləsin!